qanunedalet.com.az
http://qanunedalet.com.az

DÜNYA AZƏRBAYCANLILARINI LİDERİ CƏNAB İLHAM ƏLİYEV SİZİ TƏBRİK EDİRİK!

8-02-2024, 22:03

DÜNYA AZƏRBAYCANLILARINI LİDERİ CƏNAB İLHAM ƏLİYEV SİZİ TƏBRİK EDİRİK!

Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi seçkidə qələbə qazanmağınız münasibətilə ən xoş arzularla səmimi-qəlbdən təbrik edim. Sizə müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolu, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır.
Dünyada yaşayan minlərlə azərbaycanlı Sizin dəstəyinizlə ali təhsil müəssisələrində təhsil alır və müasir cəmiyyətə inteqrasiya edir. Dost ölkələrlə dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz azərbaycanlılarını, eləcə də dünya ictimaiyyətini çox sevindirir.
Hörmətli Prezident, 2023-cü il dünya azərbaycanlılarının əbədiyaşar Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün dünyada silsilə tədbirlər keçirildi. Bu əlamətdar tədbirlərdə bizimlə yanaşı, dost və qardaş xalqların nümayəndələri də əsl dostu olmuş Ulu Öndər Heydər Əliyevi böyük hörmətlə yad edib, sonsuz ehtiramlarını bildiriblər.
Möhtərəm cənab Prezident, bu gün dünyada Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Dünyada yaşayan yüz minlərlə azərbaycanlı növbədənkənar Prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə ürəkdən təbrik edir.
Hörmətli cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-quruculuq işlərində uğurlar diləyirəm. Biz birlikdə güclüyük!

Sahimə Vəlişova

Füzuli rayonu 47 saylı tam orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728