qanunedalet.com.az
http://qanunedalet.com.az

Biri 13, digəri 12 il müddətinə həbs edildi

Dünən, 19:27

biri-13-digeri-12-il-muddetine-hebs-edildi

Hüquq müdafiəçisi Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında, qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda qaçaqmalçılıq, vergiləri ödəməkdən yayınma və rəsmi sənədləri saxtakarlaşdırmaqda təqsirli bilinib.

Hökmə əsasən, Anar Məmmədli 13, Anar Abdulla isə 12 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda prokuror Anar Məmmədlinin 14, Anar Abdullanın isə 13 il azadlıqdan məhrum edilməsini tələb edib.

Sail Ağasəlim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930