qanunedalet.com.az
http://qanunedalet.com.az

Şimşək çaxır, leysan xarakterli yağış yağır - Faktiki hava

10-04-2025, 19:12

simsek-caxir-leysan-xarakterli-yagis-yagir

Aprelin 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Kəlbəcərdə 22 m/s, Sabirabadda 19 m/s, Şahbuzda 17 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Şəki, Balakən, Qəbələ, Şamaxı, Altıağac, Qrız və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930