Qohumu 47 yaşlı kişini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 47 yaşlı Arzu Bəricaz öz qohumu tərəfindən bıçaqlanıb.
Ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alan şəxs ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaların birinə çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: