Elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir
Yanvarın 1-dən elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir.
Bu barədə Milli Məclisin gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.
Hazırda isə 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.