azfakt.az
http://azfakt.az

Maqsudov özü Acaloğlunu xəstəxanaya aparıb

16-11-2023, 14:29 Baxılıb: 0

Maqsudov özü Acaloğlunu xəstəxanaya aparıb

Kliniki Tibbi Mərkəz tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Mərkəzdən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.
Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.
Qeyd edək ki, hadisəni törədən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930