Sumqayıtda OLAY: Gəlininin ölümünə dözməyən qayınananın ürəyi partladı
Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.
Report xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.