Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, hər bir işində yorulmaz və nümunəvi rəhbər. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Masallı rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırovdur . Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Mahmud müəllim . Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Mahmud Bağırovun iş güzar nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
Mahmud Bağırov barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlumdur. Amma bu yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər Dövlətə -Dövlətçiliyə sədaqətlə xidmət edən Mahmud müəllimi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır . Görəsən həmin saytlar nəyə görə hazırda Masallı rayon 47 saylı Yol İstismar İdarəsinin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.
P.S. Qanunedalet.com.az olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, Mahmud müəllimin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Mahmud Bağırovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.