Xaçmazda başından xəsarət alan kişi öldü
Xaçmazda qətl törədilib.
Rayon sakini 57 yaşlı İlham Rüstəmov bir neçə gün əvvəl başından aldığı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq, İ.Rüstəmov bu gün vəfat edib.
Bildirilir ki, İ.Rüstəmova ədavətli olduğu 1974-cü il təvəllüdlü Musayev Eynulla Həsənəli oğlu xəsarət yetirib. O, polis tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. Məhkəmənin qərarı ilə E.Musayev barəsində həbs qətimkan tədbiri seçilib.