azfakt.az
http://azfakt.az

Qarabağ və Şərqi Zəngəzurda bu torpaqların icarəyə verilməsi ikinci oxunuşdan keçdi

29-10-2024, 18:37 Baxılıb: 1

qarabag-ve-serqi-zengezurda-bu-torpaqlarin-icareye-verilmesi-ikinci-oxunusdan-kecdi


Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikdə öz əksini tapıb.  

Layihəyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930