“Mavi zonaya qeydiyyat başa çatır”
“Bu günə qədər COP29 tədbirini işıqlandırmaq üçün 3 minə yaxın beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib”.
Bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib.
O qeyd edib ki, bunlar arasında yerli media nümayəndələri də var: “COP29 həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Artıq mavi zonaya qeydiyyat bu gün başa çatır. COP29 təşkilat komitəsi tərəfindən yaşıl zonada jurnalistlərin akkreditasiyası prosesinə başlanılıb və bu qeydiyyat oktyabrın sonunda başa çatacaq. Hazırda yaşıl zonada akkreditasiya üçün 150-yə yaxın müraciətimiz var”.