Arvadı ilə dalaşıb özünü bıçaqladı - Vəziyyəti ağırdır
Bu gün səhər saatlarında Mingəçevir şəhər sakini 1976-cı il təvəllüdlü R.Əliyev yaşadığı ünvanda bıçaq xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan kişinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə, R.Əliyev həyat yoldaşı ilə mübahisə zəminində özünə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, R.Əliyevin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub və hadisənin hansı zəmində baş verməsi ilə bağlı şəhər polis şöbəsinə araşdırma aparılır.