azfakt.az
http://azfakt.az

Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev vəzifəsini vicdanla yerinə yetirir.

2-09-2024, 19:51 Baxılıb: 24

Ağdam Rayon İcra Hakimiyyətində yeni təyinat – FOTO - Oxu.az

Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Söhbət  Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevdən gedir . Allahverən  müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Allahverən Əliyev  Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Allahverən  müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Allahverən Əliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə  əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Allahverən   müəllim hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Allahverən Əliyev özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Əminik ki, hələ uzun illər Allahverən Əliyev bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadiyatının yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

Qanunedalet.com.az xəbər portalının kollektivi adından Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevi və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Baş redaktor 

Kəmalə Eldarlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930