azfakt.az
http://azfakt.az

POLİS MAYORU RÜFƏT İSMAYILOV DƏLƏDUZLUQ EDİR?

6-10-2023, 11:46 Baxılıb: 34

POLİS MAYORU RÜFƏT İSMAYILOV DƏLƏDUZLUQ EDİR?Emin Alıyev adlı şəxs redaksiyamıza müraciət edərək polis mayoru Rüfət İsmayılovun onun başna gətirdiyi dələduzluq faktını ictimailəşdirməyimizi xahiş etmişdir.
Belə ki, tanışı Polis Mayoru Rüfət İsmayılov onu inandırmışdır ki, böyük məbləğdə pul olsa yaxşı qazanc əldə etmək olar. Onun yalançı vədlərinə inanan Emin işlətdiyi avtokran maşınını təcili sataraq qohumlarindan da topladığı külli miqdarda pul vəsaitini Polis Mayoru Rüfət İsmayılova vermişdir. Emin Aliyev iki dəfə olmaqla ümumilikdə Rüfətə yüz iyrimi min manat pul vesə də qarşılığına qazanc götürə bilməmişdir.
Emin Alıyev deyir ki, “qazanc cəhənnəm, heç verdiyim pulu da geri ala bilmirəm. Şikayət ərizəsilə Abşeron Polis İdarəsinə müraciət etmişəm. Ərizəm Abşeron Pİ-də araşdırılaraq cinayət işi başladılmışdır. Lakin bu günə qədər Rüfət İsmayılov öz vəzifəsini icra edir.”
Biz də Arazxeber.az saytı olaraq məsələni araşdırmaq qərarına gəldik.
Ilk öncə Hava Nəqliyyatında Polis İdarəsinin cinayət axtarış şöbəsində çalışan Polis Mayoru Rüfət İsmayılovla əlaqə saxladıq. Mayor Rüfət İsmayılov əməkdaşımızın suallarını cavablandırmaqdan imtina etdi. Bütün suallarınızı DİN-nin mətbuat xidmətinə ünvanlamağımızı məsləhət gördü.
Məsələni diqqətdə saxlayacayıq, bizi izləyin.
Araz.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930