Nazirliyin əməkdaşı oğlunu bıçaqlayıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərəc Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, hadisə ötən il Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Məmmədov evində oğlu, zərərçəkmiş Qafar Məmmədovla (şərti) mübahisə edib. Ata oğlunun işləmədiyindən gileylənib. Sona o, bıçaqla zərərçəkmiş şəxsin sinə və sağ qulaq ətrafı nahiyəsindən zərbələr endirərək xəsarət yetirib.
Hadisədən sonra Fərəc Məmmədov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə verdiyi ifadəsində oğlunu bıçaqlamadığını, Qafarın özü özünə xəsarət yetirdiyini bildirib.
Qeyd: Fərəc Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü işləyir.