azfakt.az
http://azfakt.az

Dələduzluqda təqsirləndirilən Vüqar Qurdqanlı həbs olundu

13-08-2024, 23:24 Baxılıb: 1

deleduzluqda-teqsirlendirilen-vuqar-qurdqanli-hebs-olundu



Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930