Azərbaycanda məşhur tikinti şirkətinin lisenziyası yoxa çıxıb
"Azəraqrartikinti" ASC-nin lisenziyası və əlavəsi itib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sənədlərin hansı şəraitdə itməsi məlum deyil.
Belə ki, şirkətə məxsus tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə dair İSN/L-159/2016 qeydiyyat nömrəli 01.02.2016-cı il tarixli lisenziya və əlavəsi itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, "Azəraqrartikinti" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 11 229 400 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Cümşüd oğludur.