azfakt.az
http://azfakt.az

“ƏDV geri al” adı ilə də dələduzluq edilir - XƏBƏRDARLIQ

31-07-2024, 20:37 Baxılıb: 0

“ƏDV geri al” adı ilə də dələduzluq edilir - XƏBƏRDARLIQ


Azərbaycanda "ƏDV Geri Al" layihəsi adından saxta elektron ünvanlarla dələduzluq həyata keçirilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, son zamanlar Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır.
Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.
Əhalinin “ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.
Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.
Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edilir:
Rəsmi internet saytı - www.taxes.gov.az
İnternet Vergi İdarəsi - www.new.e-taxes.gov.az
“ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az
Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsi xahiş edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930