Ağstafada 60 yaşlı kişini tok vurub öldürdü
Ağstafada bədbəxt hadisə baş verib.
Hadisə rayonun Xətai kəndində baş verib.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyev yaşadığı evdə elektrik naqillərini düzəldən zaman onu tok vurub.
60 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.