azfakt.az
http://azfakt.az

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayev sahibkarı necə aldadıb?! – FAKT/ARAŞDIRMA

9-07-2024, 10:18 Baxılıb: 0

Redaksiyamıza daxil olan məlumata əsasən bir qrup sahibkarlar tərəfindən müraciət daxil olub. Müraciəti imzalayanlar yazır: ““Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayev bizim etibarımızdan sui-istifadə edərək aldadıb küllü miqdarda pulumuzu mənimsəyib. Məmməd Musayevin bizə qarşı etdiyi hərəkətlər Azərbaycan Respublaiksının Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkibini yaratdığı üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etsələrdə, lakin işə obyektiv baxılmır.Redaksiyamıza daxil olan digər məlumata əsasən sahibkar Ramil Hüseynov bildirir ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayev sənədlərdə saxtakarlıq edərək sahibkarın pulunu mənimsəyib. 2015-ci ildən başlayaraq bu günə kimi sahibkar Ramil Hüseynovun işinə düzgün baxılmır. Baxmayaraq ki, Ramil müəllim bu barədə prokurorluq orqanına müraciət edib, amma hələ də məsələ öz həllini tapmayıb. Sahibkar bildirir ki, bu işdə Məmməd Musayevin çirkin əməlləri qanunlarımıza güc gəlir. Ona görə də Prezident cənab İlham Əliyevə müraciət edərək bildirir ki, Məmməd Musayev kimi saxtakarlıqla məşğul olanları cəzasız qalmamağa və onların haqqında cinayət işinin başlanmasını istəyir.Sahibkar bildirir ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayevin bizi aldadıb küllü miqdarda pulumuzu mənimsəməsini təsdiq edən konkret və mötəbər subutlarımız var.Şikayətçi mətbuat vasitəsi il ə aidiyyatı mərkəzi orqanların rəhbərlərindən və hüquq mühafizə orqanlarından xahiş edirlər ki, etibarlarından sui-istifadə edərək pullarını ələ keçirib mənimsəmiş, dövlətə küllü miqdarda ziyanlar vurmuş “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayev barəsində qanunu və ciddi tədbirlər görsünlər.Sahibkar Ramil Hüseynov Prezidentdən və xalqdan imdad istəyir.

PS: “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı haqqında daha ətraflı sizə məlumat verəcəyik.



Qanunpress.com olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930