Gəncədə avtomobil piyadanı vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü T.Əmiraslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.