Bakıda bank kartından oğurluq edilib
Bakıda bank kartından oğurluq edilib.
Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.
Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.
Faktla bağlı araşdırma aparılır.