Bakıda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.