Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 18.35-də Nardaran seysmoloji stansiyasından 165 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.2-dir.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.