azfakt.az
http://azfakt.az

Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı

14-03-2024, 20:47 Baxılıb: 3

 

Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.

Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə kömək edəcəyinə dair yalan vədlər verərək, zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib. H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930