Erməni hərbçilərinə atəş açmamaq əmri verilməyib - Papikyan
Erməni hərbçilərinə atəş açmamaq əmri verilməyib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə deyib.
"Atəş açmamaq barədə sərəncam yoxdur. Əsgərlər Müdafiə Nazirliyinin onlara verdiyi təlimatlar üzrə hərəkət edirlər", - deyə erməni nazir əlavə edib.
Qeyd edək ki, Ermənistan tərəfinin Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı olduğunu iddia etməsi və eyni zamanda bu cür açıqlamalar verməsi qarşı tərəfin sülhdən çox gərginliyi artırmağa meylli olduğunu bir daha təsdiqləyir.