azfakt.az
http://azfakt.az

Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

7-03-2024, 14:50 Baxılıb: 0

Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ötən il noyabr 15-də Füzuli rayon sakini 1988-ci il təvəllüdlü Yeganə Əliyevaya xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Füzuli rayon prokurorluğundan Ternd-ə verilən məlumata görə, istintaqla 1988-ci il təvəllüdlü Əlizadə Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yeganə Əliyevanın evinə qanunsuz daxil olmaqla ona yaxın qohumlarının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Əlizadə Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma) və digər maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930