azfakt.az
http://azfakt.az

Şagirdin yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı hüquq-mühafizə orqanlarına müraicət olunub

1-03-2024, 19:53 Baxılıb: 0

Şagirdin yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı hüquq-mühafizə orqanlarına müraicət olunub


Şərur rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı məlumat yayılıb.

Rayonun Təhsil Şöbəsindən  bildirilib ki, bu məsələ ilə bağlı komissiya yaradılıb:

"Komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıb və məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub. Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb və hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin məktəblinin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıq verilib. Komissiya üzvləri şagirdin valideyinləri ilə də görüşüb, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930