azfakt.az
http://azfakt.az

Cəbrayıl  Mustafazadə : QALİB XALQ, QALİB LİDERİNİ SEÇDİ. TƏBRİK EDİRİK!!!

22-02-2024, 22:40 Baxılıb: 11

DÜNYA AZƏRBAYCANLILARINI LİDERİ CƏNAB İLHAM ƏLİYEV SİZİ TƏBRİK EDİRİK!

Yardımlı şəhər Bələdiyyəsinin sədri Cəbrayıl  Mustafazadə - Bəli, ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərin nəticəsində İlham Əliyev 92.05% səs çoxluğu ilə beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Bu, ölkə ərazisində vətəndaşlar tərəfindən böyük sevinclə qarşılandı. İlkin nəticələr açıqlanandan ölkədə konsert tədbirləri, atəşfəşanlıq başlanıldı. Hər kəs bu seçkinin tarixə həkk olunduğunu böyük sevinclə dilə gətirir.
Bu, Azərbaycan Liderinin, Prezindentinin necə böyük qüdrətə malik olduğunu və xalqla birlikdə nələrə qadir olduğunu göstərir. Cənab Prezidentin illərlə apardığı uğurlu daxili və xarici siyasət, təhlükəsizliklə bağlı siyasət Azərbaycanı böyük zəfərə gətirib çıxardı. İlk dəfə idi ki, bütöv Azərbaycan ərazisində seçki keçirilirdi. Azərbaycan suveren dövlət olaraq hər bir qarışında xalqını seçkiyə səsləyə bildi. Bu, müstəqil Azərbaycan tarixində ilk idi. Bu Azərbaycan xalqının qüruru idi və Cənab Prezident bunu qaytardı. Xalqımızın da Cənab Prezidentə olan mənəvi bir borcu vardı. Bu mənəvi borc elə bir borcdur ki, heç bir zaman onu qaytara bilmərik. Sadəcə olaraq qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytarmalı idi və qaytardı. Hesab edirəm ki, bu gün seçkiləri izləyən istər Qərb tərəfdən gələn müşahidəçilər, istər digər dövlətlərdən, beynəlxalq təşkilatlar tərəfindən gələn müşahidəçilər bu məsələyə vicdanla, şərəflə baxsalar, görərdilər ki, insanlar necə yüksək əhval-ruhiyyə, necə sevinclə bu seçkiyə qatılmışdılar. İnandırım ki, Azərbaycan xalqı elə bu cür sevincli seçkilərə qatılmağa layiq olan xalqdır. Biz hər zaman qonşu dövlətlərdə, xüsusən qardaş Türkiyədə insanların seçkilərə sevinclə qatıldığını görmüşdük. Bu il keçirilən seçkilərdə bunu Azərbaycanda da görə bildik. İnsanlar öz qohumlarını, dostlarını, ailəsini yığaraq seçkilərdə iştirak etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi çox açıq formada nümayiş etdirirdilər. Bu da onu göstərdi ki, Azərbaycan xalqı illərlə seçkilərə böyük ümidlərlə getmiş, öz liderini seçmiş və ona böyük ümidlər bəsləmişdir. Bu gün isə artıq Azərbaycan xalqı o ümidlərin reallığa çevrildiyini gördü.
Xalq həm də özü ilə fəxr etdi ki, illər öncə Cənab Prezidentə, ondan öncə də Ulu Öndərimizə etimad göstərərək dövlətimizin Prezidenti olmasına şərait yaratmışıq. Biz həqiqətən də düzgün seçim etmişik ki, bu gün Cənab Prezidentimiz Ulu Öndərimizin layiqli siyasi davamçısı olaraq, onun siyasi vəsiyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş və Azərbaycan xalqını qürurlandırmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı da Cənab Prezidentimizə olan mənəvi borcunu seçkilərdə ödəmək istəyirdi. Dünyanın hər bir ölkəsindən Azərbaycanda gedən seçkiləri izləmək mümkün idi. Azərbaycanda 1000-dən çox veb-kameralar quraşdırılıb və MSK-nın internet saytına daxil olmaqla həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkün oldu.
Artıq bizi böyük və uğurlu gələcək gözləyir. Azərbaycan böyük inkişafa gedəcək. Hesab edirəm ki, seçkilərdən sonra Azərbaycan tam fərqli formada inkişaf edərək güclü bir dövlətə çeviriləcək və xalqımız öz liderinin yanında möhkəm dayanaraq Azərbaycanı zirvəyə aparmağa, böyük hədəflərə çatmasına şərait yaradacaqdır.
Azərbaycan xalqını təbrik edirəm! Biz bildirməliyik ki, Azərbaycan xalqı bu gün qürurla yaşayır. Qürurludur ona görə ki, illərdir etimad etdiyi, dəstək göstərdiyi lideri onların etimadını doğrultdu. Azərbaycan xalqı qürurla gedib etimadı doğruldan şəxsə səslərini verdi. Həm də ona görə qürurludur ki, bütün işğaldan azad edilmiş ərazilərin hər birində seçki məntəqələri quruldu. Xalqımız bununla fəxr edir. Biz artıq zirvəyə dorğu addımlayan dövlətik, xalqıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930