Şəkidə 6 nəfər dəm qazından zəhərləndi
Bu gün saat 01:41 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə dəm qazı ilə zəhərlənmə şübhəsi ilə 6 nəfər (kişi cinsli) gətirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara zəruri tibbi yardım göstərilib.
"Vəziyyətləri qənaətbəxş olduğu üçün hər biri evə buraxılıblar", - deyə əlavə edilib.