Səbuhi Attar Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Türk-Ərəb ölkələri Əməkdaşlıq Dərnəyinin baş direktoru, Tunisin İzmirdəki fəxri konsulu Səbuhi Attar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən zəfər qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Prezidentliyinizin yeni dönəmində də uğurlarınızla ölkənizi daha da inkişaf etdirməyinizi və firavanlaşdırmağınızı arzulayıram".