Ermənistanda İran sərhədinədək yolun tikintisinə başlanıb
Qacaran-Aqarak yolunun Ermənistanın İran sərhədinə qədər olan 32 kilometrlik hissəsinin tikintisinə başlanılıb.
Trend İran KİV-lərinə istinadən xəbər verir ki, yol tikinti texnikasının əraziyə köçürülməsinə start verilib.
Belə ki, əsas podratçı kimi yolun tikintisinin İran şirkətinə həvalə edildiyi bildirilir.
Qeyd edək ki, ötən ildə bu yolun çəkilməsi üzrə İran və Ermənistan arasında razılıq əldə olunub.