Mixail Şmakov Prezident İlham Əliyevi təbrik etdi
Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanda seçkilərin nəticələri milli lider kimi xalqın Sizə göstərdiyi çox böyük etimadın bariz sübutu və son iyirmi ildə Sizin rəhbərliyinizlə dövlətinizin bir çox sahələrdə və beynəlxalq miqyasda əldə etdiyi uğurların əyani təsdiqidir.
Rusiya həmkarlar ittifaqları Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi və həmkarlar ittifaqı hərəkatına dəstəyinizi yüksək qiymətləndirir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifədə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirik".