Ötən ay 40 nəfər dərmandan zəhərlənib, 7 nəfər ölüb
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.
Bu barədə Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si ölüb. Onlardan 6-sı kişi, 1-i qadın olub.