Ağdamda piyadanı avtomobil vuraraq qaçıb
Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli bürosunun xəbərinə görə, hadisə Hindarx Borsunlu yolunun rayonun Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən rayon sakini 39 yaşlı Əliyev Səxavət Yafət oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.