qanunedalet.com.az
http://qanunedalet.com.az

Əliyev Putinlə Tacikistanda görüşəcək?

7-10-2025, 20:22

eliyev-putinle-tacikistanda-gorusecek

“Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər”.

“Qafqazinfo” “URA.RU”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.


“Planlaşdırılmış görüşlər olacaq, amma indi onları sadalamaq istəmirəm. Sammitlərin adi iş rejiminə uyğun olaraq ayaqüstü söhbətlər də mümkündür”, – deyə Uşakov bildirib.

Qeyd edək ki, Y.Uşakov daha əvvəl demişdi ki, MDB Dövlət Başçılarının sammitində yeni “MDB+” formatı müzakirə olunacaq.

Bu təşəbbüs üzv ölkələrin digər regionlardan olan tərəfdaşlarla dialoqunu genişləndirməyə və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu vasitəsilə inteqrasiya proseslərini gücləndirməyə imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930