qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ərazilərdə qaz olmayacaq

1-10-2025, 19:33

bu-erazilerde-qaz-olmayacaq

“Qaradağ-Səngəçal” yüksək təzyiqli magistral qaz kəmərinin 3,5-ci və 6,5-ci kilometrində təmir işlərinin görülməsi ilə bağlı 02.10.2025-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Sement zavodu Ümumi”, “Sement Zavodu-2” və “Səngəçal Ümumi” ölçü qovşaqlarından, həmçinin orta təzyiqli qaz xətləri üzərində atıcı klapanın, qaz tənzimləyicinin quraşdırılması, eləcə də yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək “Nardaran QPS” ölçü qovşağından qidalanan əhali kollektorunda, “Köhnə Qanlıgöl” qaz xəttində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, qaz təchizatı dayandırılan müddət ərzində Qaradağ rayonunun Sahil, Ümid və Səngəçal qəsəbələrində, Yol evləri və Bağ evləri adlanan yaşayış massivlərində, Sabunçu rayonunun Maştağa qəsəbəsində H.Heybətov, Nizami, Axund Mirzə Əbdülkərim, Sabir, Axund Mirzə Ələkbər, Axund Şeyx Hüseyn, Yəhya Musayev, Nəriman Nərimanov, Həzi Aslanov küçələrində, Ləhic bağları, Savalan və Maştağa-Nardaran adlanan yaşayış massivlərində, Yasamal rayonunun Qanlı göl yaşayış massivində, Ü.Əkbərov , R.Tağıyev və 7-ci Alatava küçələrində, həmçinin Xətai rayonunun H.Salmani küçəsində qaz təchizatında fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930