qanunedalet.com.az
http://qanunedalet.com.az

“Dəmiryol keçidlərinin istismarı Qaydaları” təsdiq edildi

31-01-2024, 20:20

“Dəmiryol keçidlərinin istismarı Qaydaları” təsdiq edildi

“Dəmiryol keçidlərinin istismarı Qaydaları” təsdiq edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında (bundan sonra - dəmiryol nəqliyyatı) dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir.

Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.

Dəmiryol keçidlərinin istismarının şərtləri aşağıdakıları ehtiva edir:

mənsubiyyətindən asılı olmayaraq, dəmiryol keçidlərinə dair tələblərin, onların təsnifatının və kateqoriyalarının təyin olunmasını;

dəmiryol keçidlərinin qurğularına, avadanlıqlarına, saxlanmasına və təmirinə, dəmiryol keçidləri sərhədlərində və onlara yaxınlaşmalarda yerləşən avtomobil yolları sahələrinə, mənsubiyyətindən asılı olmayaraq dəmiryol keçidlərinin bir kateqoriyadan digərinə keçirilməsinə, həmçinin dəmiryol keçidlərinə xidmət edən işçilərin (bundan sonra - növbətçi işçilər) vəzifələrinə və işinin təşkilinə dair tələblərin müəyyən olunmasını.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728