azfakt.az
http://azfakt.az

Türkiyənin 28 vilayətində antiterror əməliyyatları keçirildi: xeyli sayda şübhəli saxlanıldı

16-01-2024, 18:03 Baxılıb: 1

Türkiyənin 28 vilayətində antiterror əməliyyatları keçirildi: xeyli sayda şübhəli saxlanıldı

Türkiyənin 28 vilayətində həyata keçirilən antiterror əməliyyatlarında xeyli sayda şübhəli saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, "KAHRAMANLAR-43" əməliyyatlarında 165 şübhəli saxlanılıb.


Nazirin sözlərinə görə, saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət göstərməkdə, terror təşkilatına yardım etməkdə, sosial şəbəkələrdə terror təşkilatını təbliğ etməkdə ittiham olunurlar. Həmçinin, əməliyyatlar çərçivəsində aparılan axtarışlar zamanı xeyli sayda rəqəmsal materiallar və terror təşkilatı ilə bağlı sənədlər ələ keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930