Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkar edilib
Polis əməkdaşları 13-14 yanvar tarixlərində ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 28 kiloqram 690 qram marixuana, 2 kiloqram 435 qram heroin və 422 qram metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.