azfakt.az
http://azfakt.az

Qarlı hava şəraiti ilə əlaqədar 75 nəfər xəsarət alıb

15-01-2024, 11:38 Baxılıb: 2

 

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.
Bildirilib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir.

Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930