Rusiya həbsxanasında qiyam - Məhbuslar kameraları yandırdılar
Rusiyanın Kabardin-Balkar Respublikasındakı həbsxanada məhkumlar kameralarını yandırıblar.
Rusiya mətbuatı xəbər verir ki, onlar həbs rejiminin yumşaldılmasını tələb ediblər.
"Məhbuslar etiraz əlaməti olaraq döşəkləri yandırıblar - onlar cəza kamerasına salınmasından narazı olublar. Yanğın nəticəsində xəsarət alan olmayıb. İğtişaş törədənlərin 22-32 yaş arası məhkumlar olduğu üzə çıxıb", - deyə məlumtda qeyd olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.