azfakt.az
http://azfakt.az

Dövlətə xəyanətə görə tutularaq həbsdə ölən şəxslə bağlı şikayətə baxılıb

20-12-2023, 13:47 Baxılıb: 1

Dövlətə xəyanətə görə tutularaq həbsdə ölən şəxslə bağlı şikayətə baxılıb

Dövlətə xəyanətdə ittiham edilən və həbsdə ölən Səbuhi Səlimovun vəkili tərəfindən verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Səbuhi Səlimovun vəkilinin kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov 2022-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.
S. Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi də S. Səlimov barəsində hökmü qüvvədə saxlanılıb.
Səbuhi Səlimov həbsdə olduğu müddətdə vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930