Ərini 2-ci mərtəbədən atdı - Bıçaqla başında gözlədi
Türkiyənin Bursa şəhərində şərti adı G.K olan qadın erinin xəyanət etməsindən şəbhələnərək mübahisə edib və onu yaşadıqları evin 2-ci mərtəbəsindəki pəncərədən itələyib.
Xarici medianın məlumatına görə, qadın əlində bıçaqla metrlərlə hündürlükdən yıxılaraq xəsarət alan və yerdə hərəkətsiz uzanan kişinin yanına gəlib və bir müddət gözləyib.
Pəncərədən onu telefonla videoya çəkən qonşularına isə “Məni aldatmağının cəzasıdır bu, kişi olun, arvadınıza sahib çıxın” deyə reaksiya verib.
Mənzil sakinləri polisə xəbər verdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
Kişiyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.