Narkotik aludəçisi olan model Elgizdən 500 manat istəyir
Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, keçmiş model “Elgizlə izlə” verilişinə gələrək aparıcı Elgiz Əkbərlə görüşərək, müalicə olunmaq üçün 500 manat istəyib.
R.Kərimova həyatında yaşadıqlarını bu sözlərlə ifadə edib:
“İllər əvvəl Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski və sairə kimi məşhur müğənnilərin kliplərinə çəkilmişəm. İkinci dəfə Britaniya vətəndaşına ərə gedəndə depressiyaya düşdüm. Mən onu sevmirdim. Bizim oğlan övladımız dünyaya gəldi. Bundan sonra həyatım dəyişdi və belə hadisələr yaşandı. Avtomobillərimi və evlərimi satdım.
Amma bilmirəm, niyə belə oldu. İndi anamla qalıram. Bir ara məndə alkoqol asılılığı yarandı. Çox içirdim. İçki məni hədsiz kökəltdi. Sonra arıqlamaq istədim. Və nəticədə bu yola düşdüm. Ərim mənə deyib ki, əgər normal vəziyyətə dönsən sənə köməklik edəcəyəm. Ona görə istəyirəm ki, Elgiz bəy, siz mənə kömək edəsiniz. O məni normal vəziyyətdə görsə, pul göndərəcək. Əvvəlki həyatıma qayıtmaq istəyirəm. Sağlamlığımı bərpa etmək istəyirəm. Bunun üçün isə mənə 500 manat pul lazımdır. Sonradan isə özüm öz vəziyyətimi düzəldəcəyəm”.
Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı.