Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi birinci təsnifata daxil edilir
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
Bu, Milli Məclisin plenar iclasında müzakirəyə “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.