azfakt.az
http://azfakt.az

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası MÜƏYYƏNLƏŞİR

5-04-2024, 14:05 Baxılıb: 0

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası MÜƏYYƏNLƏŞİR

Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.



Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930