azfakt.az
http://azfakt.az

BAŞ HƏKİMDƏN ŞƏHİD BACISINA QARŞI HÖRMƏTSİZLİK

3-04-2024, 23:42 Baxılıb: 88

 

Füzuli rayon Horadiz qəsəbə sakini , Şəhid Mahir Səfərovun bacısı şəkər xəstəliyindən əziyyət çəkən Safura Səfərova Qanunedalet.com.az saytına Füzuli rayon Diaqnostika mərkəzinin baş həkimi və kardioloqundan ona və Şhid olan qardaşına qarşı hörmətsizliklə yanaşı təhqir olunduğunu bildirir.Belə ki , Safura Səfərova Diaqnostika mərkəzinə gedərək özünü pis hiss etdiyini və ürək həkimi olan Natiqə həkimdən xahiş edibki imkan daxilində onu növbədən kənar qəbul etsin. Natiqə həkim biz ancaq Şəhid ailələrini və qazilərin ailələrini növbədən kənar qəbul edirik Safura Səfərova məndə Şəhid bacısıyam deyib Natiqə həkim mən belə bir şəhid tanımıram deyərək onu qəbul etməyib. Safura Səfərova təhqir olunduğunu görüb Diaqnostikanın baş həkiminə şikayət etmək üçün Ceyran Qəhrəmanovanın yanına gedərək olanları ona söyləyib baş həkim Ceyran Qəhrəmanovada eyni sözləri Safura Səfərovaya deyərək sənin qardaşın köhnə şəhiddir əsas şəhidlər ikinci Qarabağ müharibəsinin şəhidləridir.

Səfurə Səfərova əlavə edib ki  , hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir : 

Qanunedalet.com.az saytı olaraq bu cür həkimlərimizə bildirmək istəyirik ki şəhidin köhnəsi təzəsi olmur hər bir canında - qanından keçən oğullarımız bu vətənin Qibləgahı  ,qan yaddaşımız  ,anım yerimiz şəhidlərimizdir.Bunlar hər birimiz üçün canlarını qurban veriblər.Hər birimizin vicdan borcumuz var şəhid analarına  , şəhid bacılarına.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930