azfakt.az
http://azfakt.az

“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma başladı

25-03-2024, 19:26 Baxılıb: 0

“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma başladı

Avropa Komissiyası (AK) Avropa İttifaqının rəqəmsal bazarlar qanununun pozulması iddiası ilə “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb:

“Bu gün Avropa Komissiyası rəqəmsal bazarlar qanunvericiliyi çərçivəsində qanunlara riayət edilməməsi ilə bağlı araşdırmaya başlayıb. Bu, “Google Play”də idarəetmə üçün “Alphabet” qaydalarına, “App Store”da idarəetmə üzrə “Apple” qaydalarına, eləcə də, bəzi “Meta” qaydalarına aiddir”.

Avropa Komissiyası araşdırmanı 12 ay ərzində başa çatdırmaq niyyətindədir. Əgər pozuntu aşkar olunarsa, AK hər bir şirkətə ümumi qlobal dövriyyələrinin 10%-nə qədər cərimə tətbiq edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930