Ukraynada səfərbərlik haqqında yeni qanun qəbul olunacaq
Ukraynada səfərbərlik haqqında yeni qanun martın 31-də parlamentdə səsverməyə çıxarılacaq.
Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Səfərbərlik haqqında yeni qanuna əsasən, 500 min əsgərin Ukrayna ordusuna cəlb olunacağı gözlənilir.
Qeyd olunub ki, bu qərar əsasən hazırda döyüş meydanında olan və "əldən düşmüş" 330 min ukraynalı hərbçini əvəzləmək üçün nəzərdə tutulub. Digər yeni cəlb olunan hərbçilər isə vəziyyətdən asılı olaraq yaralı hərbçiləri əvəz edəcək və digər tapşırıqları icra edəcəklər.
Bundan başqa, yeni qanun səfərbərlik yaşının 2 il azaldılaraq 25 yaşa endirilməsini və kişilərin mütləq qaydada onlayn portalda qeydiyyatdan keçməsini nəzərdə tutur. Bu tələblərə riayət olunmaması cərimələrlə nəticələnə bilər, lakin cərimələrin məbləği hələlik müəyyən edilməyib.